Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Kolmoqorov superpozisiya teoremi və onun approksimativ variantı” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d., AMEA-nın professoru Vüqar Elman oğlu İsmayılov “Kolmoqorov superpozisiya teoremi və onun approksimativ variantı” mövzusunda məruzə edib.

Məruzədə Hilbertin 13-cü probleminin tarixi, bu problemin V.İ. Arnold və A.N. Kolmoqorov tərəfindən həlli, kəsilməz funksiyalar üçün Kolmoqorov superpozisiya teoreminin müxtəlif gücləndirilmiş variantları və ümumiləşmələri haqqında danışılıb. Kəsilməz olmayan funksiyalar üçün xətti superpozisiyalarla göstəriliş məsələsi təhlil edilib.

Seminarda həmçinin Kolmoqorov superpozisiya teoreminin approksimativ variantı verilib, bu variantın neyron şəbəkələr nəzəriyyəsində rolundan bəhs edilib və mövzu üzrə açıq qalmış məsələlər qeyd olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər