Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

” Bircins tipli fəzalarda təyin olunmuş kəsr inteqral və onun kommutatorunun Orliç fəzasında məhdudluğu” mövzusunda seminarı keçirilib


Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Bircins tipli fəzalarda təyin olunmuş kəsr inteqral və onun kommutatorunun Orliç fəzasında məhdudluğu” mövzusunda məruzə edib.

Məruzədə bircins tipli fəzalarda təyin olunmuş kəsr inteqralı və onun kommutatorunun Orliç fəzasında məhdudluğu üçün zəruri və kafi şərt haqqında danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər