Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


04.04.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının müdiri r.f.d., dosent Səbinə Rahib qızı Sadıqova “Çəkili Smirnov siniflərində Riman-Hilbert məsələsinin həll olunanlığı haqqında” mövzusunda məruzə edəcəkdir.

Məruzədə məhdud və qeyri-məhdud oblastlarda ümumi şəkilli çəkiyə malik çəkili Smirnov sinifləri təyin olunur. Çəkili Smirnov siniflərində analitik funksiyalar nəzəriyyəsinin Riman-Hilbert sərhəd məsələsinə baxılır. Həllolunan olduğu halda həm bircins, həmçinin qeyri-bircins Riman-Hilbert məsələsinin ümumi həlli qurulur. Qeyri-bircins Riman məsələsinin həllolanlığı üçün çəki funksiyası üzərinə kafi şərtlər tapılır.

Daha ətraflı >>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər