Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Çəkili Smirnov siniflərində Riman-Hilbert məsələsinin həll olunanlığı haqqında”  mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının müdiri r.f.d., dosent Səbinə Rahib qızı Sadıqova “Çəkili Smirnov siniflərində Riman-Hilbert məsələsinin həll olunanlığı haqqında” mövzusunda məruzə edib.

Məruzədə məhdud və qeyri-məhdud oblastlarda ümumi şəkilli çəkiyə malik çəkili Smirnov sinifləri təyin olunub. Çəkili Smirnov siniflərində analitik funksiyalar nəzəriyyəsinin Riman-Hilbert sərhəd məsələsinə baxılıb. Həllolunan olduğu halda həm bircins, həmçinin qeyri-bircins Riman-Hilbert məsələsinin ümumi həlli qurulub. Qeyri-bircins Riman məsələsinin həllolanlığı üçün çəki funksiyası üzərinə kafi şərtlər tapılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər