Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Operator əmsallı ikinci tərtib diferensial tənlik və anti-periodik sərhəd şərtlərlə təyin olunan operatorun birinci və ikinci iz düsturları” mövzusunda seminar keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutun  “Diferensial tənliklər” şöbəsinin  “Operator əmsallı ikinci tərtib diferensial tənlik və anti-periodik sərhəd şərtlərlə təyin olunan operatorun birinci və ikinci iz düsturları” mövzusunda seminarı keçirilib.

Seminarda şöbənin doktorantı Bayramov Azad Məmməd oğlu “Operator əmsallı ikinci tərtib diferensial tənlik və anti-periodik sərhəd şərtlərlə təyin olunan operatorun birinci və ikinci iz düsturları” mövzusunda çıxış edib.
Məruzədə baxılan operatorun spektrinin diskretliyi, uyğun requlyarizə edilmiş birinci və ikinci izləri hesablanması yolu göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər