Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi və diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması” mövzusunda seminar keçirilib


Bu gün “Optimal İdarəetmə” şöbəsinin seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi və diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması” mövzusunda məruzə edib.

Məruzədə sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi, güclü ekstremum üçün ikinci tərtib zəruri şərtin alınması, γ– qabarıq çoxluq anlayışı, geniş mənada nisbi-açıq çoxluq anlayışı, diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması və komponentlərə görə tədqiqat üsulunun verilməsi şərh olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər