Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Qeyri-hamar sərhədlərdə Lay potensialları ” mövzusunda seminar keçirilib


Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda Azərbaycan Texniki Universitetinin Riyaziyyat kafedrasının dosenti Oqtay Qiyas oğlu Əzizov “Qeyri-hamar sərhədlərdə Lay potensialları” mövzusunda məruzə edib.

Məruzə qeyri-hamar sərhədli oblastların qapanmasında sadə və ikiqat lay potensiallarının Hölder siniflərində kəsilməzliyinə həsr olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər