Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya Şurasının iclası keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclasında Aysel Beybala qızı İmanovanın “Orta ossilyasiya terminlərində Koşi tipli inteqralın sərhəd qiymətlərinin tədqiqi” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 8 işdə öz əksini tapıb.

Sonra dissertasiya şurasının iclasında Arzu Ramiz qızı Səfərovanın “Cırlaşmaya malik ikiqat eksponent sistemlərinin bazisliyi” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 11 işdə öz əksini tapıb.
Hər iki dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.

Daha sonra iclasda Növrəstə Bayramova, Aynur Məmmədovanın dissertasiya işlərinə kuratorların və Fuad Əliyevin dissertasiya işinə rəsmi opponentlərin və aparıcı təşkilatın təyini məsələlərinə baxılıb və təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər