Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun alimləri Sankt-Peterburqda keçiriləcək Beynəlxalq konfransa dəvət olunublar


17-19 aprel tarixlərində Sankt-Peterburq şəhərində A.İ. Qertsen adına Rusiya Dövlət Pedaqoji Universitetində “71-ci Qertsen mühazirələri” Beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransa Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA–nın müxbir üzvü, professor Misir Mərdanov, “Elmi-Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov və institutun elmi katibi, fizika-riyaziyyat elmləri namizədi, dosent Tamilla Həsənova dəvət olunublar. Tədbirdə alimlər “Solomon Qriqoryeviç Mixlin – Riyaziyyata istək ” (anadan olmasının 110 illiyinə həsr olunub) adlı məruzə ilə çıxış edəcəklər.

Konfransın materialları toplu halında nəşr olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər