Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“İdentifikasiya məsələlərinə spektral peyk verilənlərinin tətbiqi” mövzusunda seminar keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının seminarı keçirilib. Seminarda laboratoriyanın böyük elmi işçisi Zakir Zabidov “İdentifikasiya məsələlərinə spektral peyk verilənlərinin tətbiqi” mövzusunda məruzə edib.

Məruzədə konkret coğrafi ərazi üçün yaşıl, qırmızı, mavi və Nir spektral verilənlərə görə əlamətlər çoxluğunun formalaşdırılması və uyğun indekslərin seçilməsi məsələləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər