Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi şuranın iclası keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. İlk öncə institutun doktorant və dissertantlarının attestasiyası keçirilib.

Şura üzvləri fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul haqqında AMEA Rəyasət Heyətinin qərarı ilə tanış edilib.

İclasda həmçinin, institutun II kurs magistr dissertasiyalarının müdafiəsinin təşkili məsələsinə baxılıb. İnstitutun iki aliminin postdoktoral elmi tədqiqatlarının tamamlanması məqsədilə Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi məsələsi müzakirə olunub. AMEA-nın müxbir üzvü, professor Bilal Bilalovun Rəyasət Heyətinin iclasındakı elmi məruzəsi haqqında qəbul olunmuş qərarla şura üzvləri tanış edilib.

Daha sonra iclasda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə AMEA-nın gənc alimləri üçün elan olunmuş müsabiqəyə Riyaziyyat və Mexanika İnstitutunun altı gənc aliminin namizədliyi irəli sürülüb. AMEA Rəyasət Heyətinin 14 mart 2018-ci il tarixli qərarı ilə 2018-2020-ci illər üçün elmi tədqiqat proqramlarının işlənməsi, seçilməsi və maliyyələşdirilməsi məqsədilə keçirilmiş respublika müsabiqəsinin nəticələri və III Beynəlxalq Elm Festivalının keçirilməsi haqqında şura üzvlərinə məlumat verilib.

Sonda gündəlikdə duran cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər