Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Sərhəd şərtində spektral parametr olan Şturm-Liuvill operatoru üçün tərs məsələ” mövzusunda Ümuminstitut seminarı keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Funksional analiz” şöbəsinin baş elmi işçisi, professor Nəbiyev İbrahim Mayıl oğlu “Sərhəd şərtində spektral parametr olan Şturm-Liuvill operatoru üçün tərs məsələ” mövzusunda məruzə edib.

Məruzədə ayrılmayan sərhəd şərtlərinin birində spektral parametr iştirak edən halda Şturm-Liuvill operatorunun bərpası üçün kafi şərtlər haqqında danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər