Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın müxbir üzvü Misir Mərdanov və professor Ramiz Aslanova “AMEA Rəyasət Heyətinin mükafatı” diplomu təqdim olunub


Aprelin 18-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA prezidentinin 10 iyul 2017-ci il tarixli 444 nömrəli sərəncamına əsasən təsis olunmuş Elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə “AMEA Rəyasət Heyətinin mükafatı” diplomu Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və və institutun “Elmi texniki informasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanova təqdim olunub.

Hər iki alimi kollektivimiz adından təbrik edir, onlara möhkəm can sağlığı və gələcək elmi fəaliyyətlərində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər