Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Banax fəzalarında Bessel və Hilbert sistemləri haqqında” mövzusunda seminar keçirilib


“Qeyri-harmonik analiz” şöbəsinin seminarı keçirilib. Seminarda şöbənin əməkdaşı b.e.i. dos. Miqdad İsmayılov “Banax fəzalarında Bessel və Hilbert sistemləri haqqında” mövzusunda məruzə edib.

Məruzə Banax fəzalarında Bessel və Hilbert sistemlərinin öyrənilməsinə həsr olunmuşdur. Skalyar ardıcıllıqların hər hansı Banax fəzasına baxılır ki, kanonik vahid vektorlar sistemi burada bazis əmələ gətirir. Bu fəzaya nəzərən minimal Bessel və Hilbert sistemlərinin ümumiləşmələri verilmişdir. Belə sistemlər üçün kriteriyalar və onlar arasındakı münasibət öyrənilmişdir. Göstərilmişdir ki, hər bir Hilbert sistemi minimal olur. Minimal olmayan Bessel sistemlərə aid misallar gətirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər