Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın müxbir üzvü, professor  Vaqif Quliyev beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib


Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev “Qeyri Xətti Elmlər və Tətbiqlər Jurnalı”nın redaksiya heyətinin üzvü seçilib.

Jurnal (“Journal of Nonlinear Sciences and Applications” (JNSA http://www.isr-publications.com/jnsaıç ISSN 2008-1898) qeyri-xətti analiz sahəsində elmi məqalələrin operativ dərc edilməsini təmin edən beynəlxalq elmi nəşrdir.

Nəşrin məqsədi nəzəri və tətbiqi qeyri-xətti analizi sahəsində elmi tədqiqatların birləşdirilməsi və stimullaşdırılmasıdır.

Jurnal Web of Science tərəfindən indeksləşdirilir və 2016-cı ildə onun impakt-faktoru 1,34 təşkil edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər