Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“İdentifikasiya məsələlərində empirik-statistika modelləri” mövzusunda seminar keçirilib


“Siqnalların emalının riyazi problemləri” laboratoriyasının növbəti seminarı keçirilib. Seminarda laboratoriyanın böyük elmi işçisi Zakir Zabidov “İdentifikasiya məsələlərində empirik-statistika modelləri” mövzusunda məruzə edib.

Məruzədə eksperimental məlumatların ilkin emal metodları və empirik-statistika modellərinin qurulmasının məqsədi və əsas problemləri müzakirə olunub. Seminar zamanı mövzu üzrə AMEA-nın müxbir üzvü, prof. B.Bilalov və t.ü.f.d. H.Nağıyev öz təklif və tövsiyyələrini vermişlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər