Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


25.04.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Telman oğlu Bilalov “Ümumi çəkiyə malik çəkili Smirnov siniflərində Riman məsələsinin həllolunanlığı haqqında ” mövzusunda məruzə edəcəkdir.

Məruzədə məhdud və qeyri-məhdud oblastlarda ümumi şəkilli çəkiyə malik çəkili Smirnov sinifləri təyin olunur. Bu siniflərdə arqumenti hissə-hissə kəsilməz funksiya olan ölçülən əmsallı bircins və qeyri-bircins Riman məsələlərinə baxılmışdır. Bircins məsələ halında çəki funksiyası üzərinə kafi şərtlər tapılır (Makenhoupt sinfindən olan çəkilər bu şərtləri ödəyir) və bu halda ümumi həll qurulur. Qeyri-bircins məsələ halında çəki funksiyası üzərinə Makenhaupt tip şərt qoyulur və çəkili Smirnov siniflərində qeyri-bircins məsələnin həll olunanlığı üçün ortoqonallıq şərtləri tapılır, məsələnin indeksi üçün düstur verilir. Qüvvət şəkilli çəki funksiyasına nəzərən ayrı-ayrı hallara baxılır və cırlaşma tərtibi üçün konkret şərtlər tapılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər