Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Clarivate Analytics (Thomson Reuters) tərəfindən AMEA-nın elmi müəssisələrinin əməkdaşları üçün seminar keçiriləcək


Clarivate Analytics (Thomson Reuters) tərəfindən AMEA-nın elmi müəssisələrinin əməkdaşları üçün aşağıda qeyd edilən mövzularda seminarın keçirilməsi planlaşdırılır.

1. Tədqiqatçının və elmi müəssisənin nəşr strategiyası (02 may 2018-ci il saat 10.00-13.00)

  • Academic İntegiry (Akademik bütovlük) – yırtıcı jurnallar və onlarla mübarizə üsullar;
  • Jurnalların seçilməsi və qiymətləndirilməsi üzrə praktik tövsiyyələr, nəşriyyat xərcləri, əlyazmanın tərtibatı, tədqiqatçı və elmi təşkilatın nailiyyətlərinin davamlı təqdimatı;
  • Tədqiqat və nəşr dövriyyəsinin əsas mərhələləri, müəllifin, rəyçinin və redaktorun hər bir mərhələdə rolu;
  • Nəşriyyat prosesində müəlliflərin ən çox yol verdiyi səhvlər.
    2. Müasir Elmi jurnallar: atributlar, göstəricilər, məqsəd və perspektivlər (03 may 2018-ci il saat 14.00-17.00)
  • Elmi jurnalların yoxlanılması, keyfiyyət və səviyyələrinin qaldırılması istiqamətində praktik tövsiyyələr;
  • Web of Science bazasına daxil olmaq üçün jurnallar qarşısında qoyulmuş şərtlər və meyarlar;
  • Elmi jurnalların əsas elmi və texniki göstəricilərinin təsnifatı (redaktorlar şurası, müəllif, rəyçilər, veb-səhifə, ISSN, doi, elmi bazalarda indeksasiya);
  • Elmi jurnalların biznes modelləri.

Məruzəçi: Biopolymer and Cell jurnalının redaksiya heyətini rəhbəri, Ukrayna Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika İnstitutunun baş elmi işçisi İrina Tixonkova.

Ünvan: AMEA-nın Mərkəzi Elmi Kitabxanası, IV mərtəbə, Böyük Konfrans zalı

İştirak etmək istəyən mütəxəssislər aşağıdakı linkdən qeydiyyatdan keçməsi xahiş olunur.

https://docs.google.com/forms/d/e/1FAIpQLSfATfguL3YB4Sxz_I7j-SL3BQJ7DWPndhD9sVlq6Y9L0ZQTIA/viewform

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər