Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Rusiya Professorlar Cəmiyyəti


2016 – cı ildə Rusiyada, Moskva şəhərində “Rusiya Professorlar Cəmiyyəti” yaranmışdır. İndi yüksək nüfuz qazanmış Cəmiyyətin əsas məqsədi elmi, akademik  fəaliyyətdə fundamental dəyərlərin, standartların formalaşmasına, elmi fəaliyyətlərin əlaqələndirilməsinə, müasir elmi sahələrin qarşılıqlı əlaqədə inkişafına, alimlərin mənafeyinin qorunması, maliyyə resurslarının tapılması və b. k. məsələlərdir.

Cəmiyyət qarşılıqlı faydalanma prinsipi ilə, eyni zamanda bir zamanlar Rusiya elmi mərkəzlərində elmi fəaliyyətə başlamış, burada doktorluq disertasiyası müdafiə etmiş, indi həmin mərkəzlərin elmi istiqamətlərini davam etdirən professorlarla da əlaqəyə mühüm əhəmiyyət verir. Ona görə də başqa ölkələrdə də öz nümayəndəliyini yaradır. Belə bir nümayəndəlik ölkəmizdə də yaranmışdır.

Nümayəndəlik barədə ölkəmizdə fəaliyyət göstərən professorlarımızı məlumatlandırmaq üçün onlarla əlaqələr yaradır.

İnstitutumuzda belə professorlarımız varsa, onların koordinatlarını (ad, soyadları, telefon, e-mail ünvanları, vəzifələri) bizə bildirmənizi xahiş edirik.

 Əlaqə:

Telefon: 012 539 23 46;   077 311 17 98

e-mail: [email protected]

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər