Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Alimlərimiz pedaqoji təhsil üzrə IV Beynəlxalq foruma dəvət olunublar


22-24 may 2018-ci il tarixlərində Rusiyanın Kazan şəhərində Kazan Federal Universitetində pedaqoji təhsil üzrə IV Beynəlxalq forum keçiriləcək.Foruma Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA–nın müxbir üzvü, professor Misir Mərdanov, “Elmi-Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov dəvət olunublar.

Tədbirdə alimlər “XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan məktəblərində hesab məsələləri kitabları” adlı məruzə ilə çıxış edəcəklər. Forumun materialları toplu halında nəşr olunacaq.

Onu da qeyd edək ki, alimlər 19- 21 may 2018–ci il tarixlərində Kazan Federal Universitetinin Psixologiya İnstitutunda keçiriləcək “Qeyri-pedaqoji ali məktəblərdə müasir pedaqoji təhsil” Ümumrusiya elmi-praktiki seminarda iştirak etmək üçün də dəvət alıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər