Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


02.05.2018–ci il saat 11:00 “Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin əməkdaşı a.e.i., r.i.f.d., dos Aydin Şükürov “Kostyuçenko sistemi şəkilli sistemlərin bazislik xassələri haqqında” mövzusunda məruzə edəcəkdir.
Məruzədə:
• Kostyuçenko sistemi tipli sistemlərin Lebeq fəzalarında Şauder bazisi olması üçün zəruri şərt;
• Birinci hissədə alınan şərtin Kostyuçenko sisteminin bazis olması üçün zəruri şərtin alınmasına tətbiqi;
• Üstlü sistemlərin Lebeq fəzalarında bazisliyinin araşdırılması;
• Kəsilməz funksiyalar fəzasında üstlü sistemlər üzrə ayrılış məsələlərinin araşdırılması müzakirə olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər