Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


04.05.2018-ci il saat 12:00-da “Sürüncəkilk nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçiriləcəkdir. Seminarda aparıcı elmi işçi Mehriban Əli qızı Məmmədovanın “Anizotrop içi boş silindrin burulmada uzunmüddətli dağılması” mövzusunda məruzəsi olacaqdır.

Məruzədə radius boyu dəyişən sürüşmə modulu olan boş silindrik valın burulmada səpələnmiş dağılma prosesi tətbiq olunacaq. Dağılma cəbhəsinin hərəkət tənliyi alınacaq və həll ediləcəkdir. Hesablamalar nəticəsində dağılma cəbhəsinin yayılmasını xarakterizə edən qrafiklər qurulacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər