Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Sinqulyar və kəsr inteqral operatorların kommutatorlarının Orliç fəzalarında Lipşits sinfindən olan funksiyalar ilə təsviri” mövzusunda Ümuminstitut seminarı keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev “Sinqulyar və kəsr inteqral operatorların kommutatorlarının Orliç fəzalarında Lipşits sinfindən olan funksiyalar ilə təsviri” mövzusunda məruzə edib.

Məruzədə sinqulyar və kəsr inteqral operatorların kommutatorlarının Orliç fəzalarında Lipşits sinfindən olan funksiyalar vasitəsi ilə təsviri haqqında məlumat verilib.

Sinqulyar və kəsr inteqral operatorların kommutatorlarının Orliç fəzalarında məhdudluğu üçün kommutatorun Lipşits sinfindən olan funksiya olması üçün zəruri və kafi şərt müzakirə edilib. Alınmış nəticələrin elliptik və parabolik diferensial tənliklərin Orliç fəzalarında həllərinin requlyarlığı məsələlərinə tətbiqi haqqında da danışılıb. Həmçinin, bu tipli məsələlərin analizin digər problemlərinin araşdırılmasında istifadə olunması haqqında məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər