Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, r.e.d., dosent Elman İbrahimov “Qeqenbauer-Riss potensialının Lebeq fəzalarında məhdudluğu” mövzusunda məruzə edib.
Məruzə Qeqenbauer diferensial operatorun doğurduğu harmonik analizin məsələlərinin araşdırılmasına həsr olunub.
Seminarda Qeqenbauer diferensial operatorun doğurduğu Qeqenbauer Riss potensialının xassələri müzakirə edilib. Belə ki, Qeqenbauer-Riss potensialının Lebeq fəzalarında məhdudluğu üçün Hardi-Litlvud-Sobolev tipli teorem haqqında danışılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.