31/10/2018
Bu gün Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın Elmi Nəşriyyat Şurasının sədri, akademiyanın müxbir üzvü Misir Mərdanov Yer Elmləri Bölməsinə daxil olan institutlarda çap edilən elmi jurnalların məsul katibləri ilə görüşüb.
Görüşdə Misir Mərdanov bölmənin müəssisələrində çap olunan jurnalların müasir standartlara uyğun tərtib olunması məqsədilə məsul katiblərə tövsiyələrini və iradlarını bildirib.
Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.