Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


06.12.2018-ci il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., Rövşən Bəndəliyev “Kəsr tərtib diferensial tənliklərlə ifadə olunan optimal idarəetmə məsələlərində Pontryaqin maksimum prinsipinin analoqu” mövzusunda məruzə edəcəkdir.

Məruzədə prosesə kəsr inteqral formada daxil olan və dinamikası Kaputo mənada verilmiş kəsr differensial tənliklər toplusu ilə verilmiş kəsr tərtibli diferensial tənliklə ifadə olunan optimal idarəetmə məsələsinin ümumi şəkildə qoyuluşu haqqında danışılacaqdır. Qeyd edək ki, müasir ədəbiyyatda kəsr tərtib optimal idarəetmə məsələsi üçün Pontryaginin maksimum prinsipi şəklində optimallıq üçün zəruri şərtin isbatında yeni yanaşma təklif edilmişdir. Bu yeni yanaşma kəsr tərtib optimal idarəetmə məsələlərinin həllində istifadə olunan Mittaq-Lefler funksiyasının ümumiləşməsi üzərində qurulmuşdur (davamı).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər