Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


23.01.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, riyaziyyat elmləri doktoru Rəşid Əvəzağa oğlu Əliyev “A-inteqral və Alfors-Berlinq çevirməsi” mövzusunda məruzə edəcəkdir.

Məruzə Alfors-Berlinq çevirməsinin yaranma səbəbləri, tətbiqləri və xassələrinə həsr olunub. Məruzədə əvvəlcə Alfors-Berlinq çevirməsindən istifadə edilərək ikidəyişənli kvadratik formanın kanonik şəklə gətirilməsindən bəhs olunacaq, Alfors-Berlinq çevirməsinin kvazikonform inikaslara tətbiqləri qeyd olunacaq, açıq qalmış məsələlər müzakirə olunacaq, sonra isə Lebeq inteqralının ümumiləşməsi olan A-inteqral anlayışından istifadə olunaraq Lebeq mənada inteqrallanan funksiyaların Alfors-Berlinq çevirməsi üçün Riss bərabərliyinin analoqu veriləcək.

Əlavə >>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər