Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“A-inteqral və Alfors-Berlinq çevirməsi” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, riyaziyyat elmləri doktoru Rəşid Əvəzağa oğlu Əliyev “A-inteqral və Alfors-Berlinq çevirməsi” mövzusunda məruzə edib.

Məruzə Alfors-Berlinq çevirməsinin yaranma səbəbləri, tətbiqləri və xassələrinə həsr olunub. İlk olaraq Alfors-Berlinq çevirməsindən istifadə edilərək ikidəyişənli kvadratik formanın kanonik şəklə gətirilməsindən bəhs olunub. Alfors-Berlinq çevirməsinin kvazikonform inikaslara tətbiqləri qeyd olunub, açıq qalmış məsələlər müzakirə olunub.

Sonra  Lebeq inteqralının ümumiləşməsi olan A-inteqral anlayışından istifadə olunaraq Lebeq mənada inteqrallanan funksiyaların Alfors-Berlinq çevirməsi üçün Riss bərabərliyinin analoqu verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər