Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Rəqəmsal nəzarət-idarəetmə sistemlərində apertur gecikmələri və onlarin analitik yolla aradan qaldırılması” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda “Hesablama riyaziyyatı və informatika” şöbəsinin böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Vüqar Sadıxov “Rəqəmsal nəzarət-idarəetmə sistemlərində apertur gecikmələri və onlarin analitik yolla aradan qaldırılması” mövzusunda məruzə edib.

Məruzədə xətti diferensial tənliklərlə təsvir edilmiş rəqəmsal idarəetmə sistemlərində müşahidə olunan siqnal gecikmələrinin analitik yol ilə aradan qalırılması məsələsi göstərilib. Sistemin analitik həlli matris eksponenti metodu əsasında axtarılır. Dolayı ölçmə və situasiyaya görə idarəetmə məsələlərində belə korreksiyanın əsaslı surətdə dəqiqliyin artırılmasına bilavasitə xidmət etdiyi göstərilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər