Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib


Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri,  AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində məqaləsi çap olunub.

Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Analysis and Mathematical Physics” (https://link.springer.com/journal/13324) 1.792 yüksək impakt faktorlu Q1 kateqoriyalı  jurnalda dərc edilib.

Bircins tipli fəzalarda olan Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında kəsr inteqral və onun kommutatorunun xarakterizasiyası” (https://link.springer.com/article/10.1007/s13324-019-00295-w) adlı məqalədə maksimal operator və onun kommutatorunun bircins tipli fəzalarda olan ümumiləşmiş Orliç-Morri fəzalarında  məhdudluğu məsələsi araşdırılmışdır. Tətbiqi olaraq kəsr interal və onun kommutatorunun bu fəzada məhdudluğu üçün zəruri və kafi şərtlər alınmışdır. Həmçinin, Orliç fəasında da bu operatorlar üçün məhdudluq meyarları verilmişdir.

Məqaləni oxumaq üçün linkə keçid edin:

https://link.springer.com/article/10.1007/s13324-019-00295-w

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər