Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 30-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 30-ci ildönümünə həsr olunmuş anım tədbirində Azərbaycanın igid övladlarının fədakarlığını hörmətlə xatırlayıb, onların əziz xatirəsini böyük ehtiramla yad etdilər.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 20 Yanvar hadisələrinin dəhşətlərindən danışdı. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun Bakıda və ölkəmizin digər şəhər və rayonlarında qanlı qırğınlar törətdiyi haqda danışdı və  vətən uğrunda can­la­rını qurban vermiş mərd, igid oğul və qızla­rımızın uyuduğu Şəhidlər xiya­ba­nı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilməsini vurğuladı.

Sonda bir dəqiqəlik sükutla 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi. Allah  şəhidlərimizə rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər