Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Ali Riyaziyyat” adlı dərslik işıq üzü görüb


Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor  Misir Mərdanov, institutun professoru Ramiz Aslanov və Bakı Dövlət Universitetinin dosenti Sevda İsayevanın həmmüəllifi olduğu “Ali Riyaziyyat” adlı dərslik işıq üzü görüb. “Təhsil” nəşriyyatında çap olunan dərslik  536 səhifədən, on fəsildən və üç əlavədən ibarətdir. Dərslik riyaziyyatın aşağıdakı bölmələrini əhatə edir: xətti cəbr və analitik həndəsənin elementləri, riyazi analizə giriş, inteqral hesabı, çoxdəyişənli funksiyalar, sıralar, kompleks ədədlər, adi diferensial tənliklər, xüsusi törəməli diferensial tənliklər, ehtimal nəzəriyyəsi və riyazi statistikanın elementləri.

Dərslik Bakı Dövlət Universitetinin kimya və coğrafiya fakültələrinin tədris planlarına və proqramlarına uyğun yazılmışdır. Dərslikdən BDU-nun riyaziyyat ixtisası üzrə təhsil almayan, digər ixtisaslarda oxuyan tələbələri, eləcə də başqa universitetlərin tələbələri və müəllimləri istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər