Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İsrail həkimləri qocalma prosesini ləngitməyin üsulunu tapıblar


Tel-Əviv Universiteti və Şamir Tibbi Mərkəzinin tədqiqatlarına görə, barokamerada seansdan sonra hətta keçmişdə insult və ya beyin travmaları keçirmiş insanlarda beynin fəaliyyətinin yaxşılaşması qeyd edilib.

Meddaily.ru– verdiyi xəbərə görə alimlərin fikrincə, barokamerada hiperbarik oksigenasiya  seansları ciddi somatik xəstəliklər keçirməmiş yaşlı insanlarda qocalma prosesini dayandıra bilər. Bu proses yüksək təzyiq altında orqanizmin toxumalarının oksigenlə zənginləşdirilməsini nəzərdə tutur. Birmənalı olaraq sübut edilib ki, oksigenasiya qocalmanı dayandırmaq və müəyyən dərəcədə bu prosesi geri yönəltməyə qadirdir.  Mütəxəssislərin hesabatında deyilir: “Bizim komandamız bir neçə il ərzində barokamerada yüksək təzyiqli oksigenlə müalicə keçən yaşlı pasiyentlərin orqanizminin vəziyyətini müşahidə edib. Tədqiqatın əsas məqsədi insanın orqanizminin qocalmasına səbəb olan iki prosesi geri yönəltmək – telomerlərin (xromosom ucları) qısaldılmasının ləngidilməsi və insanın bədənində köhnə və zərər görmüş hüceyrələrin toplanmasının azaldılması.

Tədqiqat göstərib ki, bir neçə oksigenasiya seansından sonra telomerlərin 38% uzanması, qocalan və zərər görmüş hüceyrələrin isə 37% azalması aşkar edilib.

Faydalı linklər