Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Putin riyaziyyatı özü üçün necə kəşf etdi


Yaroslavlda keçirilən Ümumrusiya açıq dərsində iştirak edən Rusiya Prezidenti Vladimir Putin, orta məktəbdəykən özünü humanitar elmlərə daha yaxın  hesab etdiyini, lakin sonra riyaziyyat vurğununa çevirildiyini   söylədi.
Putin, “Ümumiyyətlə riyaziyyata həvəsim yox idi, fərqli bir həyat tərzim var idi. Lakin    sonradan  müəllimimiz dəyişdi, bizə  bir universitet müəllimi gəldi, riyaziyyat dərnəyi açdı və biz ali riyaziyyat öyrənməyə başladıq ”deyə qeyd etdi.  Rusiya prezidenti yeni  müəlliminin sayəsində bu fənni özü üçün yenidən kəşf etdiyini, həmin vaxtadək riyaziyyat deyil hesab dərsi keçdiklərini anladığını söylədi.  Putin “O müəllimin adını xatırlamasamda hələ də ona minnətdaram.  Çünki bu fənnə yeni münasibət  ilk növbədə, özünəhörmət hissimi artırdı və sonradan, hətta digər bilik sahələrində də inkişaf etməyim, irəliləməyim, uğur qazanmağım üçün imkan verdi ”deyə vurğuladı.

Faydalı linklər