Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin yeni sayı nəşr olunub


AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfərlərinə dair məlumat yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA Rəyasət Heyətinin bəyanatı, “Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsi Heydər Əliyev ideyalarının təcəssümüdür” mövzusunda dəyirmi masa, kimyaçı alimlərin beynəlxalq bazalara daxil olan jurnalda işıq üzü görən məqaləsi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda Özbəkistan Elmlər Akademiyası Milli Arxeologiya Mərkəzinin Y.Qulamov adına Səmərqənd Arxeologiya İnstitutunun alimi ilə görüş, AMEA-nın Fizika İnstitutunun tarixini əks etdirən daimi sərgi, Milli Azərbaycan Tarixi Muzeyində “Ermənistanın dövlət terrorizmi Azərbaycan fotoqraflarının obyektivində” adlı fotosərgi və s. məlumatlar oxuculara təqdim olunur.

Bundan əlavə, “Nur çeşməsi, kamillik zirvəsi”, “Azərbaycan ədəbiyyatının dünya gözəli: Nizami Gəncəvi. “Yeddi gözəl””, “60 yaşın mübarək, “Elm və Həyat”!”, “Maarifçiliyin keşiyində” sərlövhəli məqalələr, yeni nəşrlər, elmi yeniliklər, müsabiqələr və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

© Mənbə: www.science.az

Faydalı linklər