Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat ve Mexanika İnstitutunun HİK-si 03.05.2021-ci il tarixində Ramazan Bayramı münasibəti ilə İnstitutun akt zalında tədbir keçirmişdir


Tədbiri giriş sözü ilə açan AMEA Riyaziyyat ve Mexanika Institutunun HİK-nin sədri dos. İradə Mirzəzadə dünyada, eləcə də Azərbaycanda yayılmış Covid-19 infeksion xəstəliyi barədə məlumat verərək bildirmişdir ki, dövlət başçısının ciddi nəzarəti altında koronavirusun yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür.

Daha sonra Komitə sədri dos. İradə Mirzəzadə, Riyaziyyat ve Mexanika Institutunun Həmkərlar İttifaqı Komitəsi adından İnstitutun xüsusi yardıma və qayğıya ehtiyacı olan 23 az təminatlı əməkdaşına zəruri ərzaq məhsullarından ibarət sovqat təqdim edib, onları Ramazan Bayramı münasibəti ilə təbrik etmişdir.

Sonda yardım alan əməkdaşlar dövlətin və ictimaiyyətin onlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər