Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Corc Bulun riyazi məntiqin inkişafına verdiyi töhfə


Bul müstəqil fənn kimi riyazi məntiqin banisi hesab olunur.  Onun əsərlərində  məntiq öz əlifbasını, qrammatikasını, orfoqrafiyasını tapırdı. Təsadüfi deyil ki, riyazi məntiqin ilkin hissəsi “məntiq cəbri” və ya “Bull cəbr” i adlanır.

1849-cu ildə  İrlandiyanın Kork şəhərində yerləşən Kral Kolleci(hazırda Kork Kollec Univesiteti)  təsis olundu. Riyaziyyatçı həmkarlarının tövsiyəsi ilə Corc kollecdə universitet təhsili olmamasına baxmayaraq  professor dərəcəsi aldı və ömrünün sonuna qədər burada çalışdı. Hazırda həmin universitetdə C.Bulun şərəfinə yaradılmış kitabxana, İnformatika Tədqiqatlar üzrə Bul Mərkəzi(Boole Centre for Research in İnformatics) fəaliyyət göstərir.

İşlərindəki dahiliyi kəşf edildikcə Bula müxtəlif mükafatlar təqdim edilib. Dublin və Oxford universitetlərindən fəxri dərəcə aldı. 1844-cü ildə “Kral Cəmiyyəti”nin medalına layiq görülüb. 1857-ci ildə Kral Cəmiyyətinə üzv qəbul edildi.  Lakin gec başlayan karyerası erkən sona çatdı. 1864-cü ildə bir gün evindən məktəbə qədər olan iki millik yolu  şiddətli yağış altında getmək məcburiyyətində qalır və yaş paltarlarla dərs keçir. Bunun nəticəsində soyuqlayaraq sətəlcəm xəstəliyinə tutulur.  Corc Bul 1864-ci il, dekabrın ayının 8-də  İrlandiyanın Ballintempl qəsəbəsində vəfat edib.

  C.Bul fransız riyaziyyatçıları Pierre Simon Laplas və Jozef Lui Laqranjın işlərini araşdırırdı. Onların əsərləri ilə yaxından tanış olduqca ilk riyaziyyat məqaləsinin təməlini meydana gətirəcək  qeydlər çıxarırdı. O sırada yeni qurulmuş olan “Kembric Riyaziyyat Jurnalı” nın (Cambridge Mathematical Journal) redaktoru olan Dunkan Qreqori ilə tanış olur. Təsadüfi deyil ki, Bulun diferensial tənliklərə, xətt transformasiyasının cəbr problemlərinə həsr olunmuş ilk elmi məqaləsi “Analitik dəyişikliklər nəzəriyyəsi üzrə tədqiqat” 1839-cu ildə “Kembric riyaziyyat jurnalı”nda  çap olundu.

Qeyd edək ki, Bulun “Fəlsəfə jurnalı”nda (Philosophical Magazine) 16 məqaləsi, fəlsəfi işlər (Philosophical Transactions) jurnalında isə 6 memuarı çap olunub. Bundan əlavə həmin dövrün nüfuzlu mətbu orqanlarında, o cümlədən,  «Edinburq Kral Cəmiyyəti və İrlandiya Kral Akademiyasının işləri» (Transactions of the Royal Society of Edinburgh and of the Royal Irish Academy), «Sankt Peterburq Akademiyasının bulletenləri» (Bulletin de l’Académie de St-Pétersbourg), “Tətbiqi riyaziyyat jurnalı” (Journal für die reine und angewandte Mathematik) nəşrləri ilə mütəmadi olaraq əməkdaşlıq edib.
Bul ümumilikdə 50 məqalənin və bir neçə monoqrafiyanın müəllifidir.
Bulun  riyazi  tədqiqatları  analizin və   differensial tənliklər nəzəriyyəsinin  operator  metodlarının   hazırlamasından  başladı  və  Avqust  De  Morqanla   tanışlıqdan sonra  riyazi məntiqlə məşğul oldu.
Bu sahədə birinci əsas işi  “Məntiqin riyazi təhlili” əsəri 1847-ci ildə Bul məntiqin və məntiqin problemlərinin həllinə yeni yanaşmanın  izahını aydın göstərdi.

Onun yanaşması cəbrin simvolik dilinin dəyişməsini və genişlənilməsini tələb edirdi. Bu əməliyyatları müəyyən edən və tədqiqatın obyektlərinin spesifikasını əks etdirənlər simvolikanın, əməliyyatların və qanunların seçimi idi. O, məntiqin fəlsəfədən daha çox riyaziyyata yaxın olduğunu göstərirdi.

Bul cəbri (VƏ), (YA) və YOX kimi üç əsas məntiqə malik idi. Hansılar ki,  toplama, vurma, bölmə, çıxmanı və simvolların, sayların müqayisəsinə imkan verirdi. Bulun nəzəriyyəsinə görə məntiqi hərəkətlər öz mahiyyətinə görə ikili olur və iki əks kateqoriyanı əks etdirir; həqiqət və yalan, sıfır və vahid.  Beləliklə Bul ikilik say sistemini təfərrüatı ilə izah edə bildi.

Corc Bul 1854-cü ildə məntiqin riyazi nəzəriyyəsinin əsasını təşkil edən “Təfəkkür Qanunları  Tədqiqatı” elmi işini nəşr etdirir. Bul məntiqi riyaziyyatın bölməsi hesab etmirdi, amma cəbrin simvolik metodunun və məntiqi formaların, sillogizmlərin təqdim edilmiş simvolik metodu arasında dərin analogiyanı tapdı.
Bul bu işi ilə riyazi məntiqin əsaslarını  tam şəkildə xülasə etdi. O, həmçinin ehtimalların ümumi metodunu xülasə etməyə çalışdı, hansı ki, ehtimal edilən hadisələrin verilmiş sistemindən onlarla məntiqi bağlı sonrakı hadisənin ehtimalını müəyyən etmək mümkün olardı.

Bul məntiqi yeni bir tərzdə təqdim etdi, sadə bir cəbr halına gətirərək riyaziyyatla birləşdirdi.  Məntiqi simvollarla cəbr simvollarının bənzərliyini ortaya çıxararaq riyaziyyata “ Bull cəbrini” ni qazandırdı.

O dövrün məntiqçilərinin əksəriyyəti ya məhəl qoymayaraq sistemi kəskin tənqid etmişlər, lakin onun imkanları o qədər böyük idi ki, o, uzun müddət diqqətdən kənarda qala bilməzdi.

Bir müddət sonra məlum oldu ki, Bul yaratdığı sistem sxemlərin elektrik çeviricilərinin təsviri üçün çox əhəmiyyətlidir. Artıq XX əsrdə alimlər bunun  rəqəmsal elektron kompyuterlərin yaradılması üçün əsas olduğunu anladılar və ikilik say sistemi ilə riyazi aparatı birləşdirdilər.

studwood.ru

Faydalı linklər