Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Alimlər ilk dəfə insan beynindəki fikir yolonu izləyib


Amerika Birləşmiş Ştatlarının alimləri ilk dəfə olaraq düşüncənin insan beyni vasitəsilə necə hərəkət etdiyini izləməyə  müvəffəq olublar. Bu məqsədlə mütəxəssislər epilepsiya xəstəliyindən əziyyət çəkən xəstələrin cəlb edilməsi ilə araşdırmalar aparıblar. Bunun nəticəsində insanlarda fikirlərin hərəkətini izləmək  imkanı yaranıb. Alimlər tədqiqat iştirakçıları qarşısında elektrodların fərdi mövqeyinə uyğun olaraq bir sıra tələblər  qoyublar.

Elektrokortikoqrafiya sayəsində mütəxəssislər elektrik aktivliyini qeydə alaraq  beynin qabığının bəzi sahələrindən təxminən yüz mikroelektrod yerləşdiriblər. Bu təcrubə əməliyyətdan sonra  16 xəstə üzərində aparılıb. Tədqiqatçılar fikirləri necə meydana gəlməyini və hara ötürüldüyünü izləməyə nail olublar.  Nəticədə aydın oldu ki, məhz prefrontal qabıq daha çox fikir proseslərini özündə cəmləşdirir.

news-r.ru

Faydalı linklər