Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


31 may 2021-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani,  eyni zamanda distant şəkildə) keçirildi. İclasda Xədicə Rafael qızı Qocayevanın “2m tərtibli adi diferensial operatorlara uyğun spektral ayrılışların yığılmasının tədqiqi”  mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir.

Dissertasiya işinin elmi rəhbəri fizika-riyaziyyat elmləri doktoru, professor Vəli Qurbanov olmuşdur. Pandemiya şərtlərinə uyğun keçirilən şurada iddiaçı Xədicə Rafael qızı Qocayeva dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Dissertasiya işi haqqında rəsmi opponentlər fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Bayramoğlu, fizika-riyaziyyat elmləri doktoru, professor Nazim Baxış oğlu Kərimov, fizika-riyaziyyat elmləri namizədi, dosent Şirmayıl Həsən oğlu Bağırov eləcə də şura üzvləri öz müsbət fikirlərini söyləmişlər.

Sonda gizli keçirilən səs vermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər