Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


31 may 2021-ci il tarixində saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani,  eyni zamanda distant şəkildə) keçirildi. İclasda Çinarə Arif qızı Hacıyeva “Hipersinqulyar inteqral operatorların approksimasiyaları və onların tətbiqləri”  mövzusunda  1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir.

Pandemiya şərtlərinə uyğun keçirilən şurada iddiaçı Çinarə Arif qızı Hacıyeva dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir.

Dissertasiya işi haqqında rəsmi opponentlər riyaziyyat elmləri doktoru, professor Bəhram Əli oğlu Əliyev, riyaziyyat elmləri doktoru Vüqar Elman oğlu İsmayılov, fizika-riyaziyyat elmləri namizədi, dosent Elnur Həsən oğlu Xəlilov eləcə də şura üzvləri öz müsbət fikirlərini söyləmişlər.

Sonda  səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər