Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İnstitutun magistrantlarının sessiya imtahanlarına start verilmişdir


İyun ayının 10-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun magistrantlarının yay imtahan sessiyasına start verilmişdir.  İmtahanlarda “Özlü Nyuton mayeləri”, “Hamar çoxobrazlılar nəzəriyyəsi”, “Anizatrop elastiklik məsələləri” fənnlərindən keçirilən imtahanda “Riyazi analiz”, “Diferensial tənliklər” , “Optimallaşdırma və optimal idarəetmə” , “Maye, qaz və plazma mexanikası” və “Deformasiya olunan bərk cism mexanikası” ixtisasları üzrə təhsil alan 6 magistrant iştirak etmişdir.

İmtahanlar  Zoom programı ilə onlayn rejimdə keçirilmişdir.

Növbəti – “Özlü elastik mayelərin mexanikası”,“Elastiklik–plastiklik nəzəriyyəsinin əsas məsələləri”,  “Yüksək tərtibli xətti diferensial tənliklər üçün sərhəd məsələləri“, “Cisimdə mayenin axıdılması”, “Diferensial tənliklərin əlavə fəsilləri”, “Riyazi fizikanın tərs məsələləri”, “Materialların reologiyası”, “Xüsusi törəməli tənliklərlə təsvir olunan proseslərlə optimal idarəetmə məsələsi” , “Qeyri-klassik mühitlərin deformasiyalanması və dağılması”, “Harmonik analizin inteqral operatorların struktur xassələri”, “Süzülmə nəzəriyyəsi”, fənlərindən imtahanların  14, 17, 18, 21, 22, 24 və 25 iyun tarixlərində keçirilməsi nəzərdə  tutulmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər