Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Alimlər bilikləri bir başa beyinə yazmağı yolunu tapıblar


Kaliforniyanın HRL Laboratories adlı laboratoriyasının alimlərinin sözlərinə əsasən onlar faydalı məlumatı birbaşa insan beyninə yazmağın yolunu kəşf ediblər. Bu kəşf sayəsində insanın istənilən bacarığı öyrənməsi daha az zaman tələb edəcək. Bu və ya digər məlumatların birbaşa beyinə yazılması müasir elmin nail olmaq istədiyi vacib inqilabi kəşflərdən biridir. Alimlər hələ yaradılmamış bu texnologiyada böyük perspektivlər görürlər.

Belə ki, bu cür texnologiya istənilən bacarığın öyrənilməsini çox qısa müddətdə reallaşdıra bilər. Amerikalı tədqiqatçıların sözlərinə əsasən bu, göründüyü kimi heç də qəliz bir proses deyil. Bundan əlavə olaraq onların sözlərinə əsasən onlar bu məsələdə müəyyən nailiyyətlər də əldə ediblər. Belə ki, mütəxəssislərin yaratdıqları yeni texnologiyanın testindən keçmiş pilotlar öz pilotçuluq qabiliyyətlərini digərləri ilə müqayisədə 33% daha da yaxşılaşdırıblar.

https://www.telegraph.co.uk/

Faydalı linklər