Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Magistrlik dissertasiyalarının müdafiəsi keçiriləcək


17,18 iyun 2021-ci il saat 11:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda II kurs magistrantların “Riyazi analiz”, “Riyazi fizika”, Optimallaşdırma və optimal idarəetmə”, “Hesablama diaqnostikası” və “Mürəkkəb sistemlərin ehtimal və statistik metodlarla təhlili” ixtisaslarından 9 magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın Zoom proqramı ilə onlayn rejimdə iclası keçiriləcək.

İclasda  AMEA-nın müxbir üzvü, professor Bilal Bilalovun rəhbərliyi ilə

”Riyazi analiz” ixtisaslaşması üzrə magistrant Cavad Ədail oğlu Əsədzadənin “Orli fəzalarında həyəcanlanmış triqonometrik sistemlərin bazisliyi haqqında”;  r.e.d. Rövşən Bəndəliyevin rəhbərliyi ilə ”Riyazi analiz” ixtisaslaşması üzrə magistrant Xalidə Sahil qızı Əliyevanın “Birölçülü Hausdorf operatorunun çəkili kvazi-Banax Lebeq fəzalarında məhdudluğu” ; f.-r.e.d., prof. Həmidulla Aslanovun rəhbərliyi ilə “Riyazi analiz” Nigar  Yaqub qızı Dadaşovanın “Tərpənməz nöqtə prinsipinin bəzi sinif diferensial və inteqral tənliklərin həllinə tətbiqləri”; f-r.e.n. Əbdürrəhim  Quliyevin rəhbərliyi ilə “Riyazi fizika”  ixtisaslaşması üzrə magistrant Afaq Ədalət qızı Əsədlinin “Simmetrik oblastlarda parabolik tənliklərin həllərinin bəzi keyfiyyət xassələri”;  r.e.d., professor Ədalət Axundovun rəhbərliyi ilə “Riyazi fizika” ixtisaslaşması üzrə magistrant Azər Əliheydər oğlu Əliyevin “Dəyişən sərhədli oblastda hiperbolik tənlik üçün identifikasiya məsələsi ” ; f-r.e.d., prof. Fərman Məmmədovun rəhbərliyi ilə “Riyazi fizika” ixtisaslaşması üzrə magistrant Cəsarət  Cövdət oğlu Qasımovun “Qeyri-müntəzəm cırlaşmalı elliptik tənliklərin keyfiyyət  xassələri ” ; f-r.e.d.,prof. Telman Məlikovun rəhbərliyi ilə “Optimallaşdırma və optimal idarəetmə” ixtisaslaşması üzrə magistrant Dünya  Firdovsi qızı Nağıyevanın “Diskret sistemlərdə optimallıq  üçün  birinci  və  ikinci  tərtib  zəruri  şərtlər ” ;

f-r.e.n., dos. İradə İbadova rəhbərliyi ilə “Mürəkkəb sistemlərin ehtimal və statistik metodlarla təhlili” ixtisaslaşması üzrə magistrant Nigar İman qızı Rüstəmovanın  “Bəzi kütləvi  xidmət  sistemlərinin stoxastik analizi”; t.e.n.,dos. Həsən Nağıyevun rəhbərliyi ilə “Hesablama diaqnostikası” ixtisaslaşması üzrə magistrant Dürrə Mətləb qızı Şəfizadənin “Defektli konstruksiyalarda kompozit materialların dinamiki mexaniki analizi əsasında çatların diaqnostik tədqiq sisteminin işlənməsi”

İdarəetmə Sistemləri  İnstitutunun  əməkdaşları r.ü.f.d., dos. Saqif Hüseynovun rəhbərliyi ilə “Riyazi  kibernetika” ixtisaslaşması üzrə maqistrant Rayihə Rasim qızı  Niyazovanın “Verilənləri intervallar olan çanta məsələsinin innovativ həll üsullarının işlənilməsi“  və t.e.ü.d.,prof. Ramin Rzayevin rəhbərliyi ilə “Riyazi  kibernetika” ixtisaslaşması üzrə maqistrant Şəkər Əfqan qızı  Süleymanovanın “İnvestisiya layihələrinin kompleksli analizi və qiymətləndirilməsi üçün qeyri-səlis üsulların, vasitələrin və alqoritmlərin işlənməsi” mövzusunda magistrlik dissertasiya işlərinin müdafiəsi keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər