Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Rusiya Federasiyasında nəşr olunmuş kitab haqqında…


Bu günlərdə Rusiya Federasiyasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitututnun Elmi-texniki informasiya şöbəsinin müdiri prof. R.M. Aslanovun “Kazan Universiteti və Azərbaycanda həndəsənin inkişafı” (Казанский университет и развитие геометрии в Азербайджане. Очерки истории. – Калуга: ИП Стрельцов И.А. (Изд-во «Эйдос»).– 2021. – 192 с.

ISBN 978-5-907460-02-7) – adlı kitabı çap olunmuşdur.

Həmmüəllif  Bakı Dövlət Universitetinin (BDU) Mexanika-Riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri, əməkdar elm xadimi, professor Arif Səlimovdur. Kitab böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr edilmişdir.

Kitabın elmi redaktoru Riyaziyyat və Mexanika İnstitutun direktoru, AMEA nın müxbir üzvü, prof. M.C. Mərdanov.

Rəyçilər: pedaqoji elmlər doktoru, Kazan Federal Universitetinin kafedra müdiri , prof. Şakirova L.R,  ADPU-nin  keçmiş kafedra müdiri mərhum dos. Şahbazov A.İ., Kostroma Dövlət Universitetinin kafedra müdiri, prof. Sekovanov V.S.

Kitab Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının 05.02.2020 tarixli,  № 1-li  protokola əsasən çap olunub.

Kitabda Azərbaycanda və Rusiyada həndəsənin tarixi, görkəmli riyaziyyatçı alimləri  və əldə edilmiş nailiyyətlərindən bəhs edilib. Həmçinin XX əsrdə yaşamış Azərbaycan həndəsəçisi AMEA-nın müxbir üzvü Maqsud Cavadovun və müasir Kazan həndəsə məktəbinin yaradıcısı, professor A.P.Nordenin (1904-1993) elmi yaradıcılığı və  yaratdıqları elmi məktəblər xüsusi qeyd edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər