Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


29 iyun 2021-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Aida Xurşud qızı Əsgərovanın “Kəsilməz funksiyalar fəzasının altcəbrləri cəmi ilə yaxınlaşma” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir.

Pandemiya şərtlərinə uyğun keçirilən şurada iddiaçı Aida Xurşud qızı Əsgərova dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir.

Dissertasiya işi haqqında rəsmi opponentlər riyaziyyat elmləri doktoru Rövşən Əlifağa oğlu Bəndəliyev, fizika-riyaziyyat elmləri doktoru, professor Alik Malik oğlu Nəcəfov, fizika-riyaziyyat elmləri namizədi, dosent Fuad Ağca oğlu Abdullayev eləcə də şura üzvləri öz müsbət fikirlərini söyləmişlər.

Sonda səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər