Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 30 iyun 2021-ci il tarixli iclasında saat 1400-da Rakib Feyruz oğlu Əfəndiyevin “Öz-özünə qoşma olmayan Hill operatoru üçün düz və tərs məsələlər” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müdafiəsi keçirildi.

Rəsmi opponentlər:

·     prof.     Məmməd Bayramoğlu      AMEA RMİ

·     prof.     Nizaməddin İsgəndərov   BDU

·     prof.    Mahir Səbzəliyev             Bakı Biznes Univ.

·     prof.    Nigar Aslanova               AzMİU

cıxış edərək iş haqqında  müsbət rəylərini bildirdilər. Elmi şuranın üzvləri AMEA-nın həqiqi üzvu professor Yusif Məmmədov, professor Həmdulla Aslanov, f.r.e.d. professor Hidayət Hüseynov, r.e.d. Yusif Qasımov və başqaları çıxış edərək  iş haqqında öz müsbət fikirlərini bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər