Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun iki jurnalı Clarivate Analytics şirkətinin «Journal Citation Reports» siyahısına daxil edilmişdir


30 iyun 2021-ci il tarixində Clarivate Analytics şirkəti 2021-ci il üçün «Journal Citation Reports» siyahısını dərc etmişdir.
Əvvəlki illərdə həmin siyahıda yalnız impakt faktorlu jurnallar, başqa sözlə Science Citation İndex Expanded (SCİE) bazasına daxil olan jurnallar yer alırdı.
Amma bu il «Journal Citation Reports» siyahısında təkcə SCİE bazasındakı jurnallar deyil, həmçinin Emerging Sources Citation İndex (ESCİ) bazasına daxil olan bəzi jurnallar da yer alıb. Siyahıda, o cümlədən, Riyaziyyat və Mexanika İnstitutunun iki jurnalının — Proceedings of the Institute of Mathematics and Mechanics və Azerbaijan Journal of Mathematics jurnallarının adlarını görmək olar.
Bu il Clarivate Analytics şirkəti impakt faktorla yanaşı jurnalların qiymətləndirilməsi üçün yeni göstərici təyin edib. Həmin göstəricinin adı «Citation İndikator»-dur (Journal Citation Indicator). «Citation İndikator» «İmpakt Faktor»-dan fərqli olaraq son 3 ilin məqalələrinə istinadları nəzərə alır. Məlumdur ki, «İmpakt Faktor» son 2 ili nəzərə alır.
Yuxarıda adı çəkilən hər iki jurnala «Citation İndikator» verilib və bu göstərici «Journal Citation Reports» siyahısında Proceedings of the Institute of Mathematics and Mechanics jurnalı üçün 0.60, Azerbaijan Journal of Mathematics jurnalı üçün 0.80 olmuşdur.
«Journal Citation Reports» haqqında məlumata aşağıdakı sayta keçid etməklə baxmaq olar:
Proceedings of the Institute of Mathematics and Mechanics və Azerbaijan Journal of Mathematics jurnalları haqqında «Journal Citation Reports»
siyahısında yer almış məlumatlara https://mjl.clarivate.com/ səhifəsində jurnalların adını daxil edərək baxmaq olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər