Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İnsan beyni zamana səyahət edə bilir


Fransa və Niderlanddan olan alimlər hesab edirlər ki, beynin xaricdən təsir edilə bilməyən daxili zaman axını var. Bu barədə tədqiqatçıların elmi işləri “Journal of Neuroscience”də yayımlanıb.

Bir qrup elm adamı nəzəriyyələrini sınamaq üçün, invaziv elektrod implantları tələb edən dərmana davamlı epilepsiya xəstələrinin beyinlərini araşdırıblar. Təcrübə nəticəsində alimlər insan beyninin şüurumuzda zaman keçidi sayəsində meydana gələn epizodik hərəkətləri ölçdüyünü təsbit ediblər. Bunu insan beyninə xüsusi elektrodlar bağlayaraq müəyyən etmək mümkün olub.  Məlum olub ki, hansısa bir anda orqanda “müvəqqəti hüceyrələr” aktivləşib. Bu hüceyrələr hadisələrin ardıcıllığının daxili hissinə cavab verib. Buradan belə bir nəticəyə gəlmək olar ki,  insan “zamanda səyahətə” qadirdir bunu, tədqiqat zamanı beynəlxalq alimlər qrupuna rəhbərlik edən neyrobioloq Leyla Reddi qeyd edib. Tədqiqatçılar xatirələrin necə kodlaşdırıldığını və insan beyninin zamanı necə qeyd etdiyini araşdırmalıdırlar.

Prinsipin dərk edilməsi gələcəyi proqnozlaşdırmaq üçün yeni imkanlar aça bilər.

https://news-r.ru/news/science

Faydalı linklər