Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb


AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında ölkə başçısının Fərmanı yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Dendrologiya İnstitutuna və Akademiyanın Yüksək Texnologiyalar Parkına səfərləri, “Sağlamlıq elmləri və innovasiyalar” mövzusunda IV beynəlxalq konqres, “Azərbaycan Respublikasının Ailələrə dair 2021-2030-cu illər üçün Strategiyası”nın layihəsinin müzakirəsinə həsr olunan tədbir, Ədəbiyyat və İnformasiya Texnologiyaları institutlarının Elmi şuralarının iclasları və s. informasiyalar oxuculara təqdim olunur.

Bundan əlavə, “Vətən müharibəsində Azərbaycana dəstək verən ölkələrlə elmi əməkdaşlıq diqqət mərkəzində olmalıdır”, “İşğaldan azad edilmiş ərazilər “Ağıllı kənd və şəhər” və “Yaşıl enerji zonası” konsepsiyaları əsasında yenidən qurulacaqdır”, “AMEA-da göstərilən sosial xidmətlər əməkdaşların rifahının yaxşılaşdırılmasına xidmət edir” sərlövhəli məqalələr, nəşrlər, müsabiqələr və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

Mənbə: www.science.az

Faydalı linklər