Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun şöbələri yarımillik hesabat verib


16 iyul 2021-ci il AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.

İclası institutun  baş direktoru, Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov açaraq gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.  Professor Misir Mərdanov  institutun şöbələrin 2021-ci ilin 6 ayı ərzində görülmüş işlərin yekunlarına dair hesabatları təqdim edib, əldə olunmuş nəticələr, dərc edilmiş elmi əsərlər, innovasiya fəaliyyəti, qrant layihələri və kadr hazırlığı haqqında geniş məlumat verib.   Professor Misir Mərdanovun AMEA-da Elmi  Jurnalların Vəziyyəti Haqqında iştrakçılara məlumat verib. Qeyd edib ki,   AMEA-nın  İnstitutlarının 3 jurnalı Scopsun bazasında impakt faktora malikdir. Jurnalların hər üçü (3) AMEA Riyaziyyat və Mexanika İnstitutunda hazırlanır. Nəzərə çatdırılıb ki,  Riyaziyyat və Mexanika İnstitutunda hazırlanan “Azerbaijan Journal of Mathematics” və “Proceedings of the Institute of Mathematics and Mechanics” jurnalları Clarivate Analytics şirkətinin «Journal Citation Reports» siyahısına daxil edilmişdir.

İclasda hazırkı yarımillik nəticələr ötən ilin müvafiq dövrü ilə müqayisə edilərək kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, ilin ikinci yarısında elmi və elmi-təşkilati fəaliyyətin daha səmərəli təşkili ilə əlaqədar təkliflər irəli sürülüb. Həmçinin  2020/2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planına uyğun olaraq Riyaziyyat və Mexanika  İnstitutuna qəbul olmuş doktorant və dissertantların fərdi iş planları müzakirə edilərək təsdiqlənib.

Sonda institutun yarımillik hesabatı geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər